Bazar ertəsi Filippində bir keçmiş təhlükəsizlik işçisi Maniladakı ticarət mərkəzində atəş açaraq, bir nəfəri yaralayıb, 30-a yaxın insanı girov götürüb.
Silahlı şəxsin Manilanın yüksək səviyyəli bölgəsi olan San Huandakı Virra ticarət kompleksinin idarəetmə otağına girən şəxsi güllə ilə vuraraq öldürdüyü bildirilib.
Şəhərin meri Fransis Zamora yaxınlıqdakı xəstəxanaya yerləşdirilən zərərçəkənin vəziyyətinin sabit olduğunu deyib.
Zamoranın dediyinə görə, polis keçmiş həmkarları və media ilə video vasitəsilə danışmağı tələb edən silahlı şəxslə qarşıdurmanı dinc yolla həll çalışıb. Silahlı şəxs vaxtilə ticarət mərkəzinin təhlükəsizliyini təmin edən şirkətdə çalışıb.
SWAT komandasının 100-dən çox dükanı olan dördmərtəbəli mərkəzə hücum etməyə hazır olduğu, polisin ticarət mərkəzinin boşaldılmasına əmr verərək, mərkəzi bağladığı bildirilib. Mərkəz yaxınlığında polislər və təcili yardım maşınları gözləyib.