Accessibility links

Vamko tufanı Filippinin bir hissəsini viran qoyub


Cümə axşamı erkən saatlarda Vamko tufanının Filippinin sahillərinə çatması paytaxt Manila yaxınlığında daşqınlara səbəb olub.

Təcili yardım qrupları evlərində ilişib qalan, bəziləri isə suyun altında qalan evlərinin damına çıxmağa məcbur olan minlərlə sakini xilas etmək üçün Luzon adasına gətirilib. Sahil bölgələrindən birində azı üç nəfərin itkin düşdüyü bildirilib.

Sinoptiklərin bildirdiyinə görə, Cənubi Çin dənizinə doğru irəliləyən Vamko Luzon adası üzərindən saatda 130 km sürətli küləklə keçib.

Vamko Filippini saatda 225 km sürətl küləklə on minlərlə evi dağıdan və Luzon adasında təxminən 370 min insanı didərgin salan super Qoni qasırğasından bir neçə gün sonra vurub.

Filippin eləcə də 400 mindən çox yoluxmaya, 7.710 nəfərin ölümünə səbəb olan COVID-19 epidemiyası ilə mübarizə aparır.

XS
SM
MD
LG