Accessibility links

Filippində bomba hücumu: 2 ölü


Kotabato, Filippin
Kotabato, Filippin

Filippinin cənubunda yerləşən alış-veriş mərkəzinin girişində bombanın partlaması nəticəsində iki nəfər ölüb.

Bazar ertəsi Kotabato şəhərində baş verən hücumda təxminən daha 25 nəfər xəsarət alıb.

Polis daha sonra alış-veriş mərkəzinin başqa hissəsində partlamamış ikinci bomba aşkar edib.

Filippinin cənubunda müsəlman separatçılar on illərdir zorakı qiyam aparır və bu qiyam nəticəsində minlərlə insan həyatını itirib.

Prezident Rodriqo Duterte 2017-ci ildə silahlı separatçılar həmin il bir neçə ay ərzində Maravi şəhərinə nəzarəti ələ keçirəndən sonra regionun böyük bir hissəsində hərbi vəziyyət elan edib.

Bazar günü törədilən bömba hücumunun məsuliyyətini üzərinə alan olmayıb.

XS
SM
MD
LG