Accessibility links

Filippində daha bir güclü zəlzələ olub


Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, Filippinin cənubunda 11 nəfərin ölümü ilə nəticələnən 6.1 bal gücündəkı zəlzələdən bir gün sonra ölkənin şimal bölgəsində daha bir güclü zəlzələ olub.

6.5 bal gücündəki zəlzələ çərşənbə axşamı günortadan sonra ölkənin mərkəzi regionu Tutubiqanın şərqində baş verib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bu arada, xilasedicilər bazar ertəsi baş verən zəlzələ zamanı çökən binanın altında qalan bir nəfəri xilas edib.

Xilasedicilərin Porak şəhərində dağılan binanın altından sağ çıxardığı şəxsin yaxınlıqdakı xəstəxanaya çatdırıllb. Onun vəziyyəti barədə dərhal məlumat almaq mümkün olmayıb.

Rəsmilər 6.1 bal gücündəki zəlzələnin əsas qurbanlarının Pampamqa şəhərində aşağı mərtəbəsində super-marketin yerləşdiyi dördmərtəbəli binanın sakinləri olduğunu bildirib. Onlar zəlzələnin Luson adasında paytaxt Manila şəhəri və digər bölgələri də təsirinə məruz qoyduğunu bildirib.

XS
SM
MD
LG