Accessibility links

Filippində məscidə hücum: 2 ölü


Çərşənbə günü Filippinin cənubunda məscidə qumbara hücumu nəticəsində iki nəfər həlak olub.

Bu, muxtar müsəlman regionunu təsdiq edən referendumdan sonra regionda dini məkanlara ikinci ölümcül hücumdur.

Polis bildirir ki, Zamboanqa şəhərində səhər tezdən baş verən bomba hücumunda dörd nəfər xəsarət alıb.

Rəsmilər bunun bazar günü Colo adasında 21 nəfərin ölümü ilə nəticələnən Katolik kafedrala hücuma cavab tədbiri olduğunu düşünmədiklərini deyir.

Colo hücumunun məsuliyyətini İŞİD terror qrupu üzərinə götürüb, lakin yerli rəsmilər hücumun militant Əbu Səyyaf qrupu tərəfindən törədildiyinə inanır.

Yanvarın 21-də keçirilən uğurlu refendum nəticəsində müsəlmanların çoxluq təşkil etdiyi Filippinin cənub bölgəsinə muxtariyyət verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG