Accessibility links

Filippində Milad Günündə qasırğa baş verib


Filippinin mərkəzində Milad Günü Phanfone tayfun qasırğası baş verib və sakinlərin əksəriyyətinin katolik olduğu bu ölkədə bayram günü milyonlarla insanı acınacaqlı vəziyyətə salıb.

Minlərlə insan çərşənbə günü limanlar və evakuasiya mərkəzlərində ilişib qalıb. İki gündür davam edən qasırğa nəticəsində Filippinin qasırğa riskinə ən açıq olduğu şəhərlərində çox sayda evi su basıb, ağaclar qırılıb, evlər dağılıb, lakin ölən olmayıb.

İnsanlar evakuasiya mərkəzlərinə yerləşdirilib
İnsanlar evakuasiya mərkəzlərinə yerləşdirilib

Phanfone qasırğası Haiyan super qasırğasından daha zəif olsa da, onunla eyni istiqamətdə irəliləyir. Haiyan qasırğası Filippin tarixində ən tələfarlı qasırğa olub. 2013-cü ildə baş verən həmin qasırğa nəticəsində 7300-dən çox insan ya ölüb, ya da itkin düşüb.

Qasırğa nəticəsində 10 mindən çox insan gecəni tez bir zamanda evakuasiya mərkəzlərinə çevrilmiş məktəblər, idman zalları və hökümət binalarında keçirib.

“Çox qorxulu idi. Şüşə pəncərələr sındı və biz pilləkənlərin altında gizləndik”, gecəni həyat yoldaşının işlədiyi yerli hava xidməti idarəsində keçirən Aylin Metran bildirib.

O deyib ki, evindəki pəncərənin metal çərçivəsi yerindən çıxıb və binanın qarşısında dayanan maşına çırpılıb.

Ailə çərşənbə günü səhər saatlarında evlərinə geri dönüb və evin palçıqla dolduğunu, qonşuluqdakı evin üstünə isə ağacın düşdüyünü görüblər.

Hava xidməti qasırğanın sürətinin çərşənbə axşamından çərşənbəyə keçən gecə artdığını və saatda 195 kilometrə çatdığını bildirib. Bu sürətdə bir qasırğa isə balaca ağacları qırıb, yüngül materiallardan hazırlanan evləri dağıtmaq gücünə malikdir.

Qasırğanın daha bir neçə adada dağıdıcı küləklərə və intensiv yağışlara səbəb olacağı, cümə axşamı isə artıq Cənun Çin Dənizinə doğru irəliləyəcəyi gözlənilir.

Filippin limanlarında ilişib qalan 25 minə yaxın insan Milad Gününü ailələri ilə keçirmək üçün bərə xidmətlərinin bərpa olunmasını gözləyir.

Regiona çox sayda uçuşlar da təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG