Accessibility links

Filippində tayfun nəticəsində ən azı 33 nəfər həyatını itirib


Şənbə gününə olan rəsmi rəqəmlərə əsasən, bu il Filippində baş verən ən güclü tayfun nəticəsində ən azı 33 nəfər həyatını itirib. Bir xeyriyyə təşkilatı adalarda “narahatedici” dərəcədə dağıntıların olduğu barədə xəbər verir.

Rai tayfunu arxipelaqın cənubi və mərkəzi regionlarını dağıtdığı üçün 300 mindən çox insan evləri və dənizkənarı kurort zonalarından qaçıb. Tayfun bir çox yerdə rabitə və elektrik xəttlərini dağıdıb, evlərin damını uçurub.

Rai cümə axşamı Siaraqo adlı turist adasına çatanda super tayfun kateqoriyasında olub və saatda 195 kilometr sürətlə irəliləyib.

Ordunun paylaşdığı havadan çəkilən fotolarda General Luna şəhərində genişmiqyaslı dağıntıların olduğu göstərilir. Həmin zaman oraya Milad tətilindən öncə çox sayda sörfçü və turist toplanmışdı.

“Hər şey uçurdu, sanki dünyanın sonu idi,” qasırğa zamanı adanı ziyarət edən bələdçi Rafi Repdos deyib.

Qonşu Dinaqat adası qasırğa nəticəsində “yerlə yeksan olub,” qubernator Arlin Baq-ao Facebook-da yazıb və evlər, qayıqların dağıldığını bildirib.

“Ərzaq və su ehtiyatları azalır. Elektrik və telekommunikasiya kəsilib,” Baq-ao deyib.

Rai ölkə üzərindən hərəkət etməyə davam edərkdən, sürəti saatda 150 kilometrə qədər azalıb və yağan leysan yağışlar nəticəsində kəndləri su basıb, ağaclar aşıb, taxta quruluşlar dağılıb.

Tayfun şənbə günü Cənubi Çin Dənizi üzərindən Vyetnama doğru hərəkət edib.

XS
SM
MD
LG