Accessibility links

Filippində tufan nəticəsində onlarla insan itkin düşüb


Filippində tufan nəticəsində onlarla insan itkin düşüb.

İtoqan şəhərində 11 cəsəd aşkar edilib.

Manqxut tufanı 900 kilometr diametrlik ərazidə infrastruktur, kənd təsərrüfatı və heyvandarlığa ciddi ziyan vurub. Böyük ərazilər su altındadır.

Şənbə günü küləyin sürətinin saatda 255 kilometr sürətlə irəliləyən tufan quruya çatıb. İndiyədək ölənlərin sayı 65 nəfərdir.

İtoqonun meri Viktorio Palanqdanın bildirdiyinə görə, ölənlərin əksəriyyəti mədən işçiləri və onların ailə üzvlədirir. O, 40 nəfərədək insanın itkin düşdüyünü və ya öldüyünü təxmin etdiyini bildirib.

Havayda yerləşən Birgə Tufan Xəbərdarlığı Mərkəzi təbii fəlakəti super tufan adlandırıb. Atlantik qasırğa kateqoriyalarına görə tufan 5-ci səviyyədədir.

Manqxut bu il Filippində qeydə alının 15-ci tufandır. Ümumilikdə hər il bu ölkədə 20 tufan olur.

XS
SM
MD
LG