“Avengers: Endgame" filmi 2008-ci ildə "Dəmir Adam" filmi ilə başlamış Marvel super-qəhrəman kainatının kulminasiya nöqtəsini təşkil edir. Tənqidçilər üç saatlıq filmi “super tamaşa” adlandıraraq, onu Avengers-in hekayə xəttinə layiqli sonluq hesab edirlər. Amerikanın Səsi filmin əhəmiyyəti barədə tənqidçilərlə və sənaye ekspertləri ilə danışıb.
Thanosun ikinci, Yer kürəsinin yarısında həyatı toza döndərən "Avengers: Endgame" yenilməz titanı məhv etmək üçün Marvel Universe-in bütün super-qəhrəmanlarını bir araya gətirən “Qisasçı: Sonsuz müharibə" filminin davamıdır.
Washington Post-un “Comic book” müxbiri David Betankort bu filmin ən çox gəlir gətirən film olacağını deyir. “Endgame” bizim əvvəllər görmədiyimiz bir şeyin sonuncu fəslidir. Burada söhbət 10 ili əhatə edən film seriallarından ibarət hekayə xəttindən gedir. Bu Marvel studiyasının 22-ci filmi olacaq.”
Lakin bu filmi ən gəlirli film edən elementlər hansılardır? Ant Man rolunu ifa edən Pol Rudd əsasən xarakterlərin olduğunu deyir. “Filmdəki obrazlar bir-birləri ilə münasibətdə emosional rezonans yaradır və bu ən vacib məsələdir ki, filmi cəlbedici edir.”
Tor rolunu ifa edən aktyor Kris Hemsvort isə ikinci səbəbin süjet xətti olduğunu deyir. “Düşünürəm ki, bunun bəzən ən qaranlıq, bəzən də gülməli tərəfləri ilə özəyində əsil dram yer alır. Bir yandan obrazların yaradıcılığı ilə kiçik bir dram, digər yandan isə bahalı, ən böyük və heyranedici vizual görüntüləri ilə təssəvür edilə bilməyən çeşidli yemək masasını xatırladır."
“Dəmir adam” filminin aktyoru Robert Douni blokbaster filminin sonunun gözlənilməz ola bilmədiyini deyir. “Filmin son 8 dəqiqəsində baş verənlər film boyu baş verən hadisələrin ən maraqlısıdır. Çünki bütün xarakterlər cəlb olunub."
Xarakterlər və süjet xətti bir yana, Hollivudun sənaye üzrə eksperti Stefan Paternot filmin gətirəcəyi gəlirdən danışır. “Disney, Marvel və Star Wars" universlərin, Pixar və demək olar ki, bütün cizgi filmləri blokbaster, yəni gəlirli filmlərdir. Bəli, bu filmlər səhnələrdə milyardlarla dollar gəlir gətirir və onlar televiziyaya və atraksionlara keçdikcə gəlir daha da artır.”
Ölkə boyu kino-teatrlar Marvel 22 Universin "Avengers: Endgame" premrerası ilə filmərin marafon nümayişini təklif edir.