Accessibility links

"İslamafobiya" faktoru


"İslamafobiya" haradan gəlir?
please wait

No media source currently available

0:00 0:02:51 0:00

İnternet vasitəsilə Məhəmməd peyğəmbər əleyhinə yayımlanan film Liviyanın Benqazi şəhərində etirazlar zamanı qətllərə və müsəlman dövlətlərində etiraz aksiyalarının vüsət almasına səbəb oldu.

Vaşinqtondakı Müsəlman İctimai Əlaqələr Şurasından Haris Tarin filmin ABŞ-da təşəkkül tapmış nifrət sənayesinin məhsulu olduğunu deyir. “Bu sənaye İslamı problem kimi təsvir edir”.

Tarin bu filmin 11 il əvvəl, Vaşinqtona və Nyu-Yorka hücumlardan sonra nümayiş etdirildiyini deyir.

Pamela Geller “Amerikada İslamlaşmanı Dayandırın” saytının sözçüsüdür. Amerika Proqresi Mərkəzinin hazırladığı hesabata əsasən onun veb səhifəsi İnternetdə və mediada böyük uğur qazanıb.

Keçən il dini mövzularda yazan jurnalistlərin keçirdiyi konfrans zamanı "Fear Incorporated” - “Qorxunun Korporasiyası“ məqaləsinin müəlliflərindən biri Faiz Şakir öz tapıntılarını paylaşır. “Qorxu Korporasiyası kiçik bir şəbəkədən ibarətdir ki, onun üzvləri ötən 10 ildə Amerikadakı bütün müsəlmanlara qara yaxan əsassız nəzəriyyələr irəli sürüblər.”

Şakir anti-İslam qruplarından təşkilata on milyonlarla dollar gəldiyini deyir. “İslam nifrət etmək qazanc gətirir.”

Kütləvi qırğın törədən, norveçli Anders Behrinq Breyvikin Amerikada İslama qarşı ritorikadan ilham aldığı guman edilir.

Vaşinqtondakı Con Hopkins universitetindən politoloq Coselin Sezari: “Bu, transatlantik fəaliyyətlərdir. Mən Birləşmiş Ştatlar və Avropada eyni başlıqları, eyni mövzüları, dəlliləri və rəqəmləri görmüşəm.”

Sezari buna misal olaraq Dünya Ticarət Mərkəzinin dağıdılmasından sonra yaxınlıqda məscid tikilməsinə qarşı çıxış edənlər arasında hollandiyalı siyasətçi Giyert Vildersi qeyd edir. Sezari İslamafobiyanın Avropa tərəfindən ixtira edildiyini deyir. “Məhəmməd peyğəmbərin anti-Məsih kimi ictimiayyətə təqdim olunması, peyğəmbərin seksə aludə olan adam kimi təsvir olunması bütün bunlar yenilik deyil. Bu barədə hələ orta əsrlərdə oxumaq olardı.”

Sezari hər iki tərəfdən olan ekstremistlərin neqativ stereoptiplərdən istifadə edərək qarşıdurmanı alovlandırqdıqlarını və mötədillər işə qarışmadığı təqdirdə situasiyanın pisləşə biləcəyindən narahat olduğunu bildirir.
XS
SM
MD
LG