Accessibility links

"Traveling While Black" - "Qaradərililərin səyahəti" filmi


"Traveling While Black" - "Qaradərililərin səyahəti" filmi
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Oskar mükafatı laureatı, rejissor Rocer Ross Villiamsın virtual reallıq “Traveling While Black” - "Qaradərililərin səyahəti" sənədli filmi tamaşaçını 1950-60-cı illər Cim Krou dövründə qaradərililərin Birləşmiş Ştatlar boyu irqi ayrı-seçkiliyə məruz qaldıqları dövrə aparır.

Qaradərili motosikletçilər və səyahətçilər yalnız afro-amerikalılara aid olan dayanacaqlar, restoranlar və ya ayaqyolundan istifadə etmək üçün "Yaşıl kitab"a müraciət edirdi. Filmdə əsas diqqət səyahət edən afro-amerikalıların sığınacaq yerinə çevrilən "Ben’s Chili Bowl" - "Benin lobya kasası" kafesinə yönəlib.

“The Green Book" - "Yaşıl kitab" təhlükəsizlikləri təmin edilmədiyi dövrdə səyahətə çıxan afro-amerikalılar üçün sığınacaq, ərzaq və ya yanacaq yerlərini göstərən bələdçi kitabçası idi.

“Traveling While Black” sənədli filmi Cim Krou dövründə qaradərililərin "Ben’s Chili Bowl" kafesinə olduğu kimi, onların səyahət təcrübəsindən danışır. Onlardan biri də vaşinqtonlu Sandra Batler Trusdayldir. O, qaradərililərin avtobusun yalnız arxa oturacağında oturduqlarının, qatarın yalnız axırıncı vaqonunda gedə biləcəklərinin, ayaqlollarının belə ayrı olduğunun şahididir. “Ən ağırı isə o idi ki, siz avtobusda və ya vaqonda özünüzü rahat hiss etmirdiniz."

Sənədli filmdə Sandra Batler Trusdeyl uşaq ikən "Ben’s Chili Bowl"-a getdiyini xatırlayır. “Ora ibadətgah kimi idi. Sən orada siyasətdən, qanundan, səni təqibdən qurtara biləcək şeylərdən danışa bilərdin."

Filminin baş rejissoru Bonni Nelson-Şvarts “Traveling While Black” sənədli filmini on il bundan əvvəl Vaşinqtonda eyni adlı teatr tamaşası qoyduqdan sonra çəkdiyini deyir. Tamaşanın adı "Yaşıl kitab" idi. Bonni Nelson-Şvarts: “Tamaşa bitdikdən sonra onlar ayağa qalxaraq, hər biri ayrı-seçkilik zamanı ailələri ilə birlikdə cənuba səyahət edərkən təhlükəli olmayan yerlərdə dayana, yemək yeyə, gəzə, istirahət edə bilmələri üçün "Yaşil Kitab"dan istifadə etdiklərini deyirdi."

On il sonra onun sənədli filmi beynəlxalq nailiyyət qazanır və bu onu təəccübləndirmir. “Düşünürəm ki, mühacirət də elə bunun bir hissəsidir. Həmişə icmaya aid olmayan insanlar daxil olur. Avropanın bir çox şəhərində mühacirətə qarşı olan münasibət münaqişələrə, qarşıdurmalara səbəb olur və bu film insanların danışmağa başlayacağına ümid verir" - deyə, Bonni Nelson-Şvarts bildirir.

Sandra Batler deyir ki, bu film hazırda Amerika küçələrində irqlə bağlı gedən söhbətlərdən də danışır. “Bu, bizim gənc qaradərililərlə hazırda da baş verir. Biz onlara həbs edilərkən və ya saxlanarkən özlərini necə aparmağı erkən yaşlarında öyrətməyə başlayırıq.`

Oskar mükafatına layıq görülən "Yaşıl Kitab" filmi kimi “Traveling While Black” sənədli filmi də tənqidlərə məruz qalıb. Lakin Bonni Nelson Şvarts buna başğa cür yanaşır. "Bu Hollivud filmi şəxsi hekayədir. Mən tam düzgün obrazın yaradılmadığı ilə bağlı qəzəbi başa düşürəm. Amma bu onun kitabı əsasında bir nəfərin portretidir. Bu filmlə başlamış təcrübə bütün ölkədə muzeylər və icmalarda müzakirələrə yol açacaq."

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG