Accessibility links

"Ready Player One" - Virtual reallıq macərası [Video]


"Ready Player One" - Virtual reallıq macərası
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Kino-rejissor Stiven Spilberq özünün yeni, virtual reallıq macərası “Ready Player One” filmi ilə gələcəyə doğru irəliləyir. Yazıçı Ernest Klayntın bestsellerinə əsasən çəkilən bu filmdə hadisələr gələcək 2045-ci ildə cərəyan etsə də, 1980-ci illərin populyar mədəniyyətinə istinad edilir.

2045-ci ildir, əhali çoxluğu və yoxsulluq insanları rəqəmsal kainata qaçmağa məcbir edir. Onlardan biri Parzival avatar vasitəsilə Oazisə qaçan Ohayo ştatının yoxsul Kolumbus şəhərindən kimsəsiz Veyd Vattsdır.

Oazis 1980-ci illərin mədəniyyətinin fanatiki, oskar mükafatı laureatı Mark raylansin ifa etdiyi Ceyms Hallideyin fantaziyasıdır.

Dünyasını dəyişdikdən sonra Hallidey “Pasxa Yumurtası”nın sirrini açmaq üçün realiti oyuna qoşulur. Bu sirri ilk açan yarım trilyon dollar alacaq və Oazisin nəzarəti onun əlinə keçəcək. Bu durum Parzival və onun dostlarını nəhəng virtual reality korporasiyası olan İnnovativ Online Sənaye korporasiyası ilə üz-üzə qoyur.

Ben Mendelsonun rolunu ifa etdiyi şirkətin rəhbəri Nolan Sorrento yarışı udmaq və Ozasisi ələ keçirmək üçün hər şeyə hazırdır. Odur ki, "Pasxa Yumurtası" üçün həm virtual dünyada, həm də onun kənarındakı real dünyada amansız rəqabət başlanır.

Rejissor Stiven Spilberq deyir ki, virtual gələcək reallıqdan uzaq və qorxuludur. “Bu qədər vaxt sərf edib, bu şəraitdə gələcəyin necə ola biləcəyini təsəvvür edərkən düşüncələrimiz yazıçı Ernest Klayn və ssenario müəllifi Zak Pennin görüşlərindən çox da fərqli olmadığını gördüm."

Spilberq qorxulu gələcəklə bağlı səhnələri adi çəkilişlə, lakin virtual kainatı rəqəmsal kameralarla çəkib. Tay Çeridan: “Biz bütün səhnələri kino-film studiyalarında çəkdik. Geydiyimiz kameralı kostyumlar və üzümüzdəki nöqtələr üz hərəkətlərimizi avatora köçürməklə ətrafımızda virtual dünya yaradır."

“Ready Player One” filmində biz Oazisdə Parzival və Art3mis arasında romantik əlaqə yarandığını, eləcə də Veyd və Samanta arasındakı gerçək dünyanı görürük.

XS
SM
MD
LG