Accessibility links

Art for democracy hüquq-müdafiə mövzusunda festival keçirəcək


Art for democracy_logo
Art for democracy_logo

Festivalda insan hüquqları ilə bağlı altı film nümayiş etdiriləcək

Art for democracy (Demokratiya naminə incəsənət) hüquq-müdafiə təşkilatı və “Azad gənclik” təşkilatı aprelin 12-14-də “CAUCADOC və Bizim hüquqlar-bizim gələcək” adlı birgə sənədli film festivalı keçirəcək.

Tədbirin açılışı aprelin 12-də saat 14:00-da Əlövsət Əbdülrəhimov küçəsi,111 ünvanında yerləşən “EL” Hərəkatının ofisində (Gənclik metrostansiyasının yaxınlığında) olacaq.
Bu barədə Art for democracy-nin həmtəsisçisi İnsan Hüquqları Klubunun məlumatında deyilir.

Filmlərin nümayişi ilə yanaşı gənclərin iştirakı ilə müzakirələr olacaq. Filmlər subtitrlə göstəriləcək və ya Azərbaycan dilinə dublyaj ediləcək.

Filmlərin siyahısı:

12 aprel

1. “Kapitalizm – bizim sirli resept” - Aleksandru Solomon/Rumıniya, Fransa/2010/
2. “Ağ-qara ailə portreti” - Yuliya İvanova/Kanada/2011/

13 Aprel

3. “Boru kəməri” - Ristird O’Domnell/İrlandiya/2010/
4. “Xoşbəxtliyin düşmənləri” - Yeva Mulvad/Danimarka/2006/

14 Aprel

5. “Qonşun qatil olanda” - Enn Aqyon/ABŞ, Fransa/2008/
6. “İblisi dua ilə cəhənnəmə qaytarmaq” - Cini Retiçker/ABŞ/2008/

Art for democracy kampaniyası 2012-ci ilin dekabrında İnsan Hüquqları Klubu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən incəsənət vasitəsilə demokratiyaya yardım məqsədilə təsis edilib.
XS
SM
MD
LG