Accessibility links

Finlandiya rəsmi olaraq NATO-ya qoşuldu


NATO Baş katibi Yens Stoltenberq, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və ABŞ-ın Dövlət katibi Antoni Blinken. Brüssel. 4 aprel, 2023.
NATO Baş katibi Yens Stoltenberq, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və ABŞ-ın Dövlət katibi Antoni Blinken. Brüssel. 4 aprel, 2023.

Finlandiya çərşənbə axşamı rəsmi olaraq NATO-ya qoşuldu. Bu da Moskvanın Ukraynaya müdaxiləsi nəticəsində Avropanın Soyuq Müharibədən sonrakı təhlükəsizlik mənzərəsinin tarixi şəkildə yenidən qurulması ilə Rusiya prezidenti Vladimir Putinə böyük zərbə vurdu.

Skandinav ölkəsinin ölkənin üzvlüyü ilə Rusiyanın dünyanın ən böyük təhlükəsizlik alyansı ilə sərhədi iki dəfə artmış oldu. Finlandiya İkinci Dünya Müharibəsində Sovet İttifaqı tərəfindən məğlub ediləndən sonra neytrallıq siyasəti yürüdüb, ancaq Moskvanın Ukraynaya hərbi müdaxiləsinin qonşu ölkələri qorxuya salması ilə ölkə liderləri bir neçə ay sonra NATO-ya qoşulmaq istədiklərinə işarə edib.

Bu addım uzun zamandır NATO-nun Rusiyaya doğru genişləməsindən şikayət edən və hərbi müdaxiləyə bəraət qazandırmaq üçün qismən bundan sui-istifadə edən Putin üçün strateji və siyasi geriləmədir.

"Mən demək istəyirəm ki, bu, bəlkə də cənab Putinə təşəkkür edə biləcəyimiz yeganə şeydir, çünki o, Rusiyanın təcavüzü ilə qarşısını almaq istədiyini iddia etdiyi bir şeyin burada baş verməsinə səbəb oldu və bir çox ölkələrə özlərini müdafiə etmək və gələcəkdə Rusiyanın mümkün təcavüzünün qarşısını ala biləcəklərini təmin etmək üçün daha çox iş görməli olduqlarına inanmalarına gətirib çıxardı" , ABŞ Dövlət katibi Antoni Blinken Finlandiyanın üzvlüyü rəsmiləşdirən sənədləri qəbul etmədən öncə deyib.

NATO-nun üzvlüklə bağlı sənədləri ABŞ Dövlət Departamentində saxlanılır.

Rusiya xəbərdarlıq edib ki, Finlandiyanın üzvlüyünün yaratdığı təhlükəzilik təhdidlərinə qarşı "cavab tədbirləri" görməli olacaq. O, həmçinin xəbərdarlıq edib ki, NATO 31-ci üzv ölkəsinə əlavə qoşun və ya avadanlıq göndərdiyi təqdirdə Finlandiya yaxınlığında qüvvələrini gücləndirəcək

Alyans Moskvaya heç bir təhlükə yaratmadığını bildirir.

Ötən il Moskvanın Ukraynaya hərbi müdaxiləsindən narahat olan və Rusiya ilə 1340 kilometrlik sərhədi bölüşən Finlandiya may ayında uzun illər boyu hərbi birləşməyə qoşulmamaq siyasəyini bir kənara qoyaraq, təşkilatın təhlükəsizlik çətiri altında müdafiə axtarmaq məqsədilə NATO-ya qoşulmaq üçün müraciət edib.

"Bu, Finlansiya üçün gözəl, NATO üçün isə çox vacib bir gündür" , Finlandiya Prezidenti Sauli Niinisto deyib. "Rusiya ətrafında bir sfera yaratmağa çalışdı, amma biz sfera deyilik. Mən əminəm ki, finlandiyalılar özlərini daha təhlükəsiz, bizim daha sabir bir dünyada yaşadığımızı hiss edirlər".

200 il boyu hərbi alyanslardan yayınan qonşu İsveç də NATO-ya üzvlük üçün müraciət edib. Ancaq NATO üzvləri olan Türkiyə və Macarıstanın etirazları səbəbilə proses yubanıb.

Niinisto deyib ki, Finlandiyanın üzvlüyü "İsveçn üzvlüyü olmadan tam deyil. İsveçin sürətli şəkildə üzvlüyə qəbul olması üçün səylər davam edir".

Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Finlandiyanın NATO-ya daxil olmasının milli təhlükəsizliyimizə yaratdığı təhdidlərə qarşı çıxmaq üçün hərbi-texniki və digər cavab tədbirləri görməyə məcbur olacaq.

Nazirlik bildirib ki, Finlandiyanın bu adımı əvvəllər dünyanın ən sabit regionlarından biri olaraq görülən Şimali Avropada vəziyyəti əsaslı şəkildə dəyişir.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Finlandiyanın üzvlüyü alyansın anti-Rusiya kursunu əks etdirir və xəbərdarlıq edib ki, Moskva NATO müttəfiqlərinin orada hər hansı silahlar yerləşdirməsindən asılı olaraq cavab verəcək. Ancaq o, Rusiyanın Finlandiya ilə heç bir ərazi mübahisəsinin olmadığını da qeyd edib.

Rusiyanın Finlandiya sərhədinə hansı əlavə hərbi resurslar göndərə biləcəyi bəlli deyil. Moskva ən bacarıqlı hərbi birləşmələrinin əsas hissəsini Ukraynaya göndərib.

NATO-nun baş katibi Yens Stonltenberq deyib ki, Finlandiya istəmədiyi təqdirdə, oraya əlavə qoşun göndərilməyəcək.

XS
SM
MD
LG