NATO-nun baş katibi Yens Stoltenberqin bildirdiyinə görə, Finlandiyanın Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq, ərizəsini təqdim etməsindən bir ildən az bir müddət sonra ölkə çərşənbə axşamı hərbi alyansa qoşulacaq.
Stoltenberq NATO xarici işlər nazirlərinin toplantısından əvvəl jurnalistlərə deyib ki, yekdilliklə qəbul edilməli olan bir prosesdə Türkiyənin də təsdiqini verməsindən sonra Finlandiya alyansa yaxşı təlim keçmiş və yaxşı təchiz olunmuş hərbi qüvvələrlə daxil olacaq.
Stoltenberq həmçinin İsveçin də Finlandiyanın ardınca NATO üzvü olacağına "tamamilə əmin olduğunu" və bunun mümkün qədər tez baş verməsinin prioritet olduğunu deyib.
Türkiyə İsveçin təklifinə etirazını bildirib. Bunun əsas səbəbi Ankaranın bildiridyi kimi, İsveçin Türkiyənin terrorçu hesab etdiyi qruplalaşmalara həddən artıq yumşaq davranması ilə bağlıdır. Stoltenberq İsveçin bu narahatlıqları aradan qaldırmaq üçün Türkiyə ilə danışıqlarda razılaşdırılan addımları atdığına inandığını bildirib.
O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ərəfəsində NATO-nun alyansın şərq cinahında daha az mövcudluğunu tələb edib, lakin Finlandiya və İsveçin təklifləri ilə Putin bunun tam əksini əldə etdib.
"Finlandiya və İsveç kimi iki yeni üzv əldə etməklə, bu, alyansın şərq hissəsində NATO-nun mövcudluğunu daha da artırır" deyib Stoltenberq.
NATO xarici işlər nazirləri danışıqlara hazırlaşdığı vaxt Stoltenberq Ukraynanın həm ölümcül, həm də qeyri-ölümcül dəstəyə təcili ehtiyacı olduğunu deyib və müttəfiqləri dəstəyi "davam etməyə və daha da gücləndirməyə" çağırıb. O, Ukraynanın iqtisadi yardıma da ehtiyacı olduğunu bildirib.