Accessibility links

Finlandiya höküməti istefa verib


Finlandiyanın baş naziri Yuha Sipiliya və bütün nazirlər kabineti istefa verib. Yle dövlət teleradio şirkətinin saytında yazıldığına görə, buna səbəb səhiyyə və sosial təminat sahələrindəki islahatların proqramının qəbul edilməməsidir.

Yuha Sipiyanın sözlərinə görə, istefa baş nazirin qərarı olub və o,hökumət üzvləri tərəfindən dəstəklənib. Hazırkı nazirlər kabineti müvəqqəti sayılacaq və parlament seçkilərinə qədər işinə davam edəcək. Parlament seçkiləri aprelin 14-də keçiriləcək.

Səhiyyə və sosial təminat sistemində islahatlar uzun müddət parlamentdə və hökumətdə müzakirə edilib.

Hökumət sosial təminat sistemi ilə yanaşı, resurslardan qənaətli istifadə, xidmət sektorunun müasirləşdirilməsi, yerli kommunal və bələdiyyə sahələrindəki yeniliklərlə əlaqədar iki qanun layihəsinin təsdiqinə çalışıb.

Lakin parlamentin konstitusiya komissiyası yerli rəhbərliyə aid bir sıra qanunvericilik müddəalarını təsdiqləməyib. İslahatlar da təsdiq olunmayıb.

Hökumətin planına əsasən, islahatlar 2019-2029-cu illərdə səhiyyə və sosial xidmətlər üzrə dövlət xərclərinin illik artımını 2,4% azalda bilərdi.

Lahti şəhərinin meri Pekke Timo səhiyyə xərclərinin artması ilə əlaqədar vəziyyətdən narahatdır: "Əgər heç bir tədbir görülməsə 2020-ci ildə bir çox bələdiyyələr çıxılmaz vəziyyətə düşəcək."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG