Accessibility links

Finlandiya paytaxtında genişmiqyaslı etiraz akssiyası keçirilib


ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilən Finlandiya paytaxtında genişmiqyaslı etiraz akssiyası keçirilib.

Abort müdafiəçiləri qarınlar qoyaraq, Trampın maskalarını taxıb. Faşizm əleyhinə nümayişçilər tənqidi plakatlar qaldırıb. Azad ticarət, Ukraynada müharibə əleyhinə, homoseksualların hüquqlarının müdafiəsi üçün göy qurşağı bayraqları dünya mətbuatının diqqət mərkəzində olub.

Senat meydanında 20-yə yaxın “hamilə Tramp” ABŞ prezidentinin ailə planlaşdırmasına vəsait ayrılmasına qadağa tətbiq etdiyinə etiraz olaraq ağızlarını çəhrayi sarğı ilə bağlayıblar.

Digər bir yürüşə qatılan yüzlərlə insan qarışıq mesajlarla çıxış edib. Bəziləri Almaniya kansleri Angela Merkeli dəstəkləyib, digərləri isə “faşistlər, evlərinizə dönün” şüarları səsləndirib.

XS
SM
MD
LG