Accessibility links

Finlandiya qüvvələrini Əfqanistandan çıxarmağa başlayır


Finlandiya qüvvələrini Əfqanistandan çıxarmağa başlayır
Finlandiya qüvvələrini Əfqanistandan çıxarmağa başlayır

Finlandiya gələn il qüvvələrini Əfqaıstandan çıxarmağa başlayacağını bildirib. Hökumət NATO-nun tərkibində xidmət göstərən 195 əsgərindən 50-nin 2012-ci ildə evə qayıdacağını deyib.

2014-cü ilə qədər Əfqanıstandakı bütün xarici silahlı qüvvələrin ölkədən çıxarılacaqları gözlənilir. Beynəlxalq qüvvələr Əfqanıstanın bəzi hissələrində təhlükəsizliyə nəzarəti artıq yerli qüvvələrə təhvil verməyə başlayıb.

Finlandiya hökuməti diqqətini əfqan qüvvələrinin inkişafı və təliminə yönəldəcəyini bildirib. Ölkə Avropa İttifaqının Əfqanıstanda polis missiyasında da iştirak etməyə davam edəcək.

XS
SM
MD
LG