Accessibility links

Finlandiyada dronlarla çatdırılma xidmətinə start veriləcək


Finlandiyada dronlarla çatdırılma xidmətinə start veriləcək
please wait

No media source currently available

0:00 0:00:53 0:00

Finlandiyada dronlarla çatdırılma xidmətinə start veriləcək

Alphabet şirkətinin subsudiyalaşdırdığı startapın dronları məhsuların götürülməsi və çatdırılması xidmətini təklif edir.

Startap xidmətin sınaqlarını 2014-cü ildən bəri Avstraliyada həyata keçirib. 2019-cu ildən etibarən isə xidmət Finlandiyada fəaliyyətə başlayacaq.

Şirkət dronlar tam olaraq özləri tərəfindən istehsal edildiyini bildirir. İndiki modellərdə təyyarəyə bənzər qanadlar və helikopterə bənzər pərlər var. Qanadların uzunluğu 1.5 metrdir.

Hər dronun çəkisi 5 kiloqramdır və 1.5 kiloqrama qədər yük daşımaq gücünə malikdir. Dronlar 20 kilometr məsafə qət edə bilirlər.

Şirkət avtomatlaşdırılmış pilotsuz nəqliyyat idarəetməsi platforasından istifadə edərək dronların uçuş xətlərinə nəzarət edir.

Avstraliyada sınaq müddəti ərzində şirkət Kuinsland şəhərindəki fermerlərə qida, qablaşdırılmış su və batareya çatdırıbl.

XS
SM
MD
LG