Polisin bildirdiyinə görə, çərşənbə axşamı Finlandiyanın şərqindəki Kuopio şəhərindəki kollecdə baş verən insident zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Polis insident zamanı odlu silahdan istifadə edildiyini və bir nəfərin nəzarət altına alındığını bildirib.
“Kuopio Herman kollecində bir cəsəd tapılıb,” deyə polis Twitter səhifəsində bildirib. Hadisənin hansı zəmində baş verdiyi haqda məlumat verilməyib.
Finlandiyada son 12 ildə məktəblərdə iki dəfə hücum baş verib.
Polis eləcə də hücumçu da daxil olmaqla, 10 nəfərin yaralandığını, yaralananlardan iki nəfərin ağır vəziyyətdə olduğunu bildirib.
Hücum Kuopio şəhərinin Herman ticarət mərkəzində yerləşən Savo Peşə Kollecində törədilib.
Finlandiyada son 12 ildə məktəblərdə iki dəfə hücum baş verib. 2007-ci ildə Cokela Liseyinin şagirdi özünü öldürməzdən əvvəl 8 nəfəri güllələyib. 2008-ci ildə isə Kauhacoki peşə məktəbində 22 yaşlı bir tələbə intihar etməzdən əvvəl 10 nəfəri güllələyib.