Accessibility links

Finlandiya prezidenti ölkənin NATO-ya qəbulu ilə bağlı qanunları imzalayıb


Finlandiya prezidenti Sauli Niinistö ölkənin NATO-ya qəbulu ilə bağlı qanunları imzalayıb. Bu, ölkənin NATO-ya daxil olması üçün zəruri olan milli səviyyədə yekun ratifikasiya prosesidir.

Martın 1-də Şimali Atlantika Alyansına qoşulma qərarı Finlandiya parlamenti tərəfindən təsdiqlənib. Sənədin lehinə 184, əleyhinə isə 7 deputat səs verib. Parlamentin daha yeddi nümayəndəsi iclasda iştirak etməyib, biri bitərəf qalıb.

İsveç parlamenti bir gün əvvəl ölkənin NATO-ya üzv olmasına icazə verən qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 269 deputat - həm hakim koalisiyanın nümayəndələri, həm də İsveç Demokratlar Partiyasından olan müxalif sosial-demokratlar və sağçı populistlər səs verib. İki müxalifətçi solçu partiyadan 37 deputat əleyhinə çıxış edib.

29 iyun 2022-ci il tarixində NATO ölkələri Rusiyanın Ukraynaya hücumundan sonra əvvəllər neytrallıqdan əl çəkmiş və təhlükəsizlik məqsədilə NATO-ya üzv olmaq qərarına gələn Finlandiya və İsveçi alyansa üzv olmağa rəsmən dəvət etmək qərarına gəlib. Bu ölkələrin Şimali Atlantika Alyansına daxil olmasına dair saziş artıq 30 NATO ölkəsindən 28-i tərəfindən ratifikasiya olunub. Gözlənilir ki, Macarıstan bunu yaxın vaxtlarda edəcək, lakin Türkiyə İsveçin NATO-ya daxil olmasına hələlik razılıq verməyib.

Əvvəlcə Türkiyə İsveç və Finlandiyanın alyansa daxil olması ilə bağlı danışıqlara mane olub. Lakin sonradan Türkiyə, İsveç və Finlandiya təşkilata qoşulma prosesini açan təhlükəsizlik sazişi bağlayıblar.

Ankaranın alyansdakı potensial tərəfdaşlarına qarşı qaldırdığı məsələlər arasında onların Türkiyədə terror qruplaşması sayılan Kürdüstan Fəhlə Partiyasına dəstəyi olub.

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, razılaşmanın bir hissəsi olaraq Ankara İstanbul tərəfindən terrorizmdə ittiham olunan miqrantların Türkiyəyə təhvil verilməsi üçün İsveç və Finlandiyadan vəd alıb.

XS
SM
MD
LG