Accessibility links

Fransada baş verən yanğın zamanı 5-i uşaq olmaqla, 10 nəfər ölüb


Fransanın daxili işlər naziri Cerald Darmanin cümə günü səhər saatlarında Fransanın Lion şəhəri yaxınlığındakı Vo-An-Velinin yaşayış binasında baş verən yanğın zamanı 5-i 3-15 yaşlar arasında uşaqlar olmaqla, 10 nəfərin öldüyünü bildirib.

Darmanin yanğının səbəbinin hələlik məlum olmadığını deyib.

Nazir hadisə ilə bağlı prezident Emmanuel Makronla əlaqə saxladığını bildirib və "Bir neçə ssenari var və təhqiqatın nəticələri açılacaq" deyib.

Hadisə yerində 180-ə yaxın yanğınsöndürən olub. Yanğının söndürüldüyünü deyən Darmanin hadisə yerinə getdiyini bildirib.

Yanğın cümə günü səhər saatlarında yeddimərtəbəli yaşayış binasında baş verib. Ron bölgəsi rəsmilərinin bildirdiyinə görə, ərazidə təhlükəsizlik kordonu yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG