Accessibility links

ABŞ-ın birinci xanımı Cil Bayden inaqurasiya mərasimində geydiyi donları Smithsonian kolleksiyasına hədiyyə edib


ABŞ-ın birinci xanımı Cil Bayden Smithsonian kolleksiyasına inaqurasiya geyimlərini hədiyyə edib
please wait

No media source currently available

0:00 0:03:06 0:00

ABŞ-ın birinci xanımı Cil Bayden inaqurqsiya mərasimində geyindiyi paltarları Smithsonian kolleksiyasına hədiyyə edib

Cill Baydenin geyimləri Vaşinqtondakı Smithsonian Milli Amerika Tarixi Muzeyində özünə yer edib. Birinci xanımlar və dizaynerlərin dediyi kimi, inaqurasiya mərasimlərində geyilən bu donlar möhtəşəm görünüşlərindən əlavə daha çox məna kəsb edir.

ABŞ-ın birinci xanımı Cil Bayden Smithsonian Milli Amerika Tarixi Muzeyinə iki donunu hədiyyə edib. O, həmin donları həyat yoldaşı Co Baydenin ABŞ-ın 46-cı prezidenti kimi andiçmə mərasimi günü geyinib. Cil Bayden: "Ümid edirəm ki, onlar gələcək nəsilləri bu donları geyən qadınlar haqqında daha çox məlumat almağa ruhlandıracaq və mən gələcəkdə bu qalereyaya bəzi kişi geyimlərinin də əlavə edilməsini səbirsizliklə gözləyirəm."

Cil Bayden andiçmə mərasimi üçün mirvari və kristallarla bəzədilmiş əl işi olan yundan hazırlanmış don və ona uyğun məxmərlə işlənmiş palto seçib. Geyim dəstini Markarian moda brendinin yaradıcısı və dizayneri Aleksandra Onill hazırlayıb. Aleksandra Onill: "O, Amerikada və ya dünyada hər hansı tanınmış dizayneri seçə bilərdi, lakin onun nisbətən az tanınan və perspektivli bir dizayner seçməsi inanılmaz idi. Bu, həqiqətən də doktor Baydenin ürəyini, onun həqiqətən də gəncləri dəstəkləmək istəyini göstərir".

Yeni prezidentin birinci xanımla rəqs etdiyi ənənəvi İnauqurasiya Balı 2021-ci ildə COVID-19 pandemiyası səbəbindən ləğv edildi. Lakin kiçik bir mərasim baş tutdu və 46-cı prezidentin şərəfinə atəşfəşanlıq Vaşinqtonun səmasını işıqlandırdı. Qəbul zamanı Cill ABŞ-ın hər ştatının və bölgəsinin çiçəkləri ilə işlənmiş fil sümüyü rəngində don və palto geyindi. Geyim dəsti Uruqvay əsilli amerikalı dizayner Qabriela Herst tərəfindən hazırlanmışdı. Qabriela Herst: "Bu, bizim hamımız üçün böyük şərəfdir və bu ölkənin immiqrantlar tərəfindən qurulduğu və yaradıldığı heç vaxt unudulmamalıdır. Biz xüsusilə də yanvarın 6-sı hadisələrindən sonra, eləcə də pandemiya zamanı prezidentliyə qədəm qoyulduqdan sonra birlik hissini nümayiş etdirmək istədik".

Birinci xanımın hər iki geyimində əvvəlki inauqurasiyalarda olmayan bir aksessuar var idi: üz maskası. Smithsonian Milli Amerika Tarixi Muzeyindən Antia Hartiq: "Bu, bizim üçün xüsusi və unikal kolleksiyadır. Təkcə qlobal pandemiya dövründə olduğumuz üçün maskalara görə deyil, həm də 6 yanvar hadisələrinin təsirlərindən yenicə çıxdığımız üçün. Bu, həqiqətən də presedenti olmayan bir vaxt idi".

Cil Baydenin donları muzeyin tarix boyu birinci xanımlara məxsus 27 inaqurasiya geyimləri, Ağ Evin çini qablar kolleksiyası və şəxsi əşyalarını əks etdirən "Birinci Xanımlar" sərgisinin bir hissəsi olacaq.

XS
SM
MD
LG