Accessibility links

Firuzə Gülalıyeva: Oqtayın müalicəsi davam edir. Amma, hələlik, bir irəliləyiş yoxdur


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Oqtay Gülalıyevin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

"Oqtayın müalicəsi davam edir. Amma, hələlik, bir irəliləyiş yoxdur".

Bunu noyabrın 22-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, O.Gülalıyevin qanında və ağciyərində infeksiyanın aradan qaldırılması üçün də müalicə aparılır.

"Komadan ayılmasından ötrü müalicə getsə də, hələlik, hər hansı bir irəliləyiş hiss olunmur», - F.Gülalıyeva bildirib.

Noyabrın 20-də İstanbulun "Amerika Xəstəxanası"nda hüquq müdafiəçisi Oqtay Gülalıyevin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.

“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG