Accessibility links

Firuzə Gülalıyeva: Oqtayın qara ciyərində problem yaranıb


Hüquq müdafiəçisi hələ də komadadır

"Oqtayın səhhətində hər hansı yenilik yoxdur, vəziyyəti əvvəlki kimi ağır olaraq qalmaqdadır".

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Firuzə Gülalıyevanın sözlərinə görə, hüquq müdafiəçisi hələ də komadadır.

Onun sözlərinə görə, Oqtay Gülalıyevin qara ciyərində də problem yaranıb:

"Oqtayın ağ ciyərində, qanında infeksiya olduğuna görə antibiotiklər vurulurdu. Qara ciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb. Dekabrın 4-də qanından yenə nümunə götürülərək yoxlamaya göndərilib və qarşıdakı 4 gün ərzində analizlərin cavabı məlum olacaq. Ağ ciyərində, qanında isə infeksiya qalmaqda davam edir".

Noyabrın 20-də İstanbulun "Amerika Xəstəxanası"nda hüquq müdafiəçisi Oqtay Gülalıyevin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.

“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.

XS
SM
MD
LG