Accessibility links

Firuzə Gülalıyeva: Oqtayın səhhətində irəliləyiş yoxdur


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun dediyinə görə, hüquq müdafiəçisinin səhhətində hələlik, irəliləyiş yoxdur.

"İndiki sağlıq durumunu həkimlər II dərəcəli, yəni, nisbətən ağır dərəcəli koma vəziyyəti kimi dəyərləndirirlər. Beynində ödəm çoxdur, 7-ci, 9-cu və 14-cü günləri həkimlər kritik günlər kimi dəyərləndirirlər. Bunu həkimlər bizə bildiriblər. Həkim heyəti də əlindən gələni əsirgəmir", Firəngiz Gülalıyeva bildirib.

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.

Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan video-görüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan "City Hospital"a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

O həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların bildirdiyinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

XS
SM
MD
LG