Accessibility links

Firuzə Gülalıyeva: Oqtayın vəziyyəti ağır olaraq qalmaqda davam edir


"Oqtayın vəziyyəti ağır olaraq qalmaqda davam edir."

Bunu noyabrın 21-də Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, Oqtay Gülalıyevin səhhətində hər hansı irəliləyiş yoxdur:

"İndi ağciyərində, qanında olan infeksiyaya qarşı antibiotiklər vurulur."

Firuzə Gülalıyeva bildirib ki, həkimlər Oqtay Gülalıyevin səhhətiylə bağlı hər hansı rəy və açıqlama vermirlər.

Oqtay Gülalıyevin xanımının bu açıqlamasına, hələlik, sözügedən xəstəxananın özündən münasibət almaq mümkün olmayıb.

Noyabrın 20-də İstanbulun "Amerika Xəstəxanası"nda hüquq müdafiəçisi Oqtay Gülalıyevin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.

“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.

XS
SM
MD
LG