Accessibility links

Firuzə Gülalıyeva: Oqtayın vəziyyəti ağır sabit olaraq qalır


"Oqtayın vəziyyəti ağır sabit olaraq qalır. Səhhətində irəliləyiş yoxdur".

Bu barədə noyabrın 11-də hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, gündəlik müalicə davam edir və O.Gülalıyev reanimasiyadadır.

F.Gülalıyeva vurğulayıb ki, "Avrasiya" Klinikasının həkimləri O.Gülalıyevin səhhəti ilə bağlı ilkin rəylərini veriblər. Həmin rəyin o qədər də nikbin olmadığı qeyd edilirdi: "Bu, aparılan müayinənin nəticəsi olaraq həkimlərin verdikləri ilkin rəy idi. Yəqin ki, aparılan müalicə də öz nəticəsini verər".

F.Gülalıyeva həkimlərin əllərindən gələni əsirgəmədiklərini söyləyib. "Amma "Avrasiya" Klinikası neyrocərrahiyyə baxımından münasib deyil" - deyə o əlavə edib.

Onun sözlərinə görə, bu gün, noyabrın 11-də Türkiyədə tanınan iş adamlarından birinin həkimi O.Gülalıyevin vəziyyəti ilə tanış olmağa gələcək.

Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG