Accessibility links

Firuz Dadaşov: Alpinizm Federasiyası heç zaman siyasi yarış təşkil etməyib [Video-müsahibə]


Firuz Dadaşov: Alpinizm Federasiyası heç zaman siyasi yarış təşkil etməyib
please wait

No media source currently available

0:00 0:04:26 0:00

Firuz Dadaşov: Alpinizm Federasiyası heç zaman siyasi yarış təşkil etməyib

Azərbaycan Alpinizm Federasiyasının üzvü Firuz Dadaşovun Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Alpinizm Federasiyasının üzvü Firuz Dadaşov Amerikanın Səsinə müsahibəsində bu günlərdə Qusar rayonunda qayaya dırmanmaq üzrə təşkil etdikləri yarışın baş tutmaması səbəblərindən danışıb.

Onun sözlərinə görə, yarış iştirakçılarına hakimiyyət orqanları mane olub. İdmançılar yarışdan öncə qayalarda yerləşdirdikləri iplər kəsilib və Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin nümayəndələri, polis yarışın keçirilməsinə imkan verməyib.

Firuz Dadaşov deyib ki, Azərbaycan Alpinizm Federasiyasının 50 yaşı var və bu qurumun heç zaman siyasi məqsədlərlə yarışlar təşkil etməyib. Federasiyanın üzvləri dünyanın bütün qitələrindəki zirvələri fəth edib.

Öz növbəsində, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) vitse-prezidenti Sarvan Rəsulov bildirib ki, Qusarın Ləzə kəndi yaxınlığında Azərbaycan Alpinizm Federasiyasının draytulinq yarışı kimi qələmə verilən tədbiri keçirmək cəhdləri zamanı guya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları tərəfindən onların iplərinin kəsilməsi barədə yayılan bəyanat cəfəngdir.

FAİREX-in mətbuat xidmətindən Trend agentliyinə bildiriblər ki, özlərini gah müstəqil Dağçılıq İdman Klubu, gah da ehtiyac yarananda Azərbaycan Alpinizm Federasiyası kimi qələmə verən bir dəstə, Rusiyanın Moskva şəhərində yaşayan və işləyən başçılarının ambisiyasına uyğun olaraq bəzi mətbuat orqanlarında və öz facebook səhifələrində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ünvanına iftiralar atırlar.

"Həmin gün biz ölkə çempionatı keçirirdik və bütün gücümüzü ona sərf etmişdik. Əsasnaməsi Gənclər və İdman Nazirliyi tərəfindən əvvəlcədən təsdiqlənmiş respublika çempionatını Azərbaycanın rayonlarından olan vətənpərvər gənclərlə birlikdə bütün zəruri qaydalara uyğun ClimBaku idman dırmanma mərkəzində böyük müvəffəqiyyətlə keçirdik. Ölkəmizin bütün bölgələrini təmsil edən, tarixdə görünməyən sayda, 40-a yaxın klubun 160-dan çox azərbaycanlı balası bu yarışda iştirak edib”.

FAİREX-in vitse-prezidentinin sözlərinə görə, etnik azlıqlara mənsub idmançıları hansısa məqsədlər üçün gizli yollarla Rusiya ərazisinə aparıb, orada saxlayandan sonra qaytaran da özləridir. “Bu prosedurdan dırnaqarası keçən idmançıları dindirmək belə olmur. Elə bil onların beyinlərini yuyub buraxıblar. Bu ədəbsiz, yaramaz, ölkə əleyhinə fəaliyyət göstərənlərin həyasızlığının dərəcəsinə baxın! Ölkə əleyhinə az qala leqal fəaliyyət göstərən elə özləridir və onlar idmana aidiyyəti olmayan pozucu fəaliyyətlə məşğuldurlar. Başqalarına öz natəmiz, murdar adlarını qoymasınlar", o qeyd edib.

Firuz Dadaşov FAİREX-in bəyanatını əsassız adlandırıb. Onun sözlərinə görə, Alpinizm Federasiyasının bütün üzvləri Azərbaycan vətəndaşlarıdır və bütün yarışlarda əllərini ürəklərinin üzərinə qoyaraq Azərbaycanın üçrəngli bayrağı altında Azərbaycan himni oxuyurlar.

Etnik məsələsinə gəlincə, idmançının və vətəndaşın etnik kimliyini axtaranlar sadəcə Azərbaycan dövlətinin tolerantlıq siyasətinə qarşı olanlardır. “Azərbaycanın idmanın çoxsaylı ulduzları və məşqçiləri etnik cəhətdən azərbaycanlı deyil. Hansı etnik qrupa məxsus olmasından asılı olmayaraq bizim bir vətənimiz var - Azərbaycan”, deyə o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG