Accessibility links

Fizika üzrə Nobel mükafatı üç alimə verilib


Fizika üzrə Nobel mükafatı 2018-ci ildə lazeri araşdıran üç alimə verilib.

Mükafatı alan alimlər amerikalı Artur Aşkin, fransalı Jerar Muru və kanadalı Donna Striklenddir.

96 yaşlı Aşkin mükafatı optik pinset ixtirasına görə alıb. Bu alət lazer işığı vasitəsilə mikroskopik hissəciklərlə manipulyasiyaya imkan verir. Həmin alət hələ 1976-cı ildə ixtira edilib.

Mükafatla bərabər ödənilən 1 milyon dolların yarısı Aşkinə verilib. Digər yarsısı isə digər alimlər arasında bölüşdürüləcək.

Bu həftə kimya sahəsində də Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Nobel Sülh Mükafatı qalibinin adı isə oktyabrın 5-də Norveç Nobel Komitəsi tərəfindən açıqlanacaq.

Oktyabrın 8-də İsveç Mərkəzi Bankı iqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adını bildirəcək.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim edilməyəcək. Buna səbəb cinsi qısnama və maliyyə cinayətləri üzündən akademiyanın 18 üzvdən ibarət gizli heyəti arasında kəskin fikir ayrılığının yaranmasıdır.

Heyət üzvlərinin ömürlük təyinatına baxmayaraq yeddi üzv istefa verib.

XS
SM
MD
LG