Accessibility links

Azərbaycandan 10 şagird ABŞ-da təhsil alacaq


FLEX proqramının qalibləri
FLEX proqramının qalibləri

FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramının Azərbaycandan olan 10 finalçısı məlum olub.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində deyilir.

“Bu parlaq tələbələr 1 il ərzində Amerika ailəsi ilə birgə yaşayaraq orta məktəbdə təhsil alacaqlar. Onlar həmçinin Azərbaycanın gənc təmsilçiləri rolunda iki ölkə arasında daha sıx əlaqələrin qurulmasına kömək edəcəklər. FLEX komandasına uğurlar arzu edirik!”, səfirliyin məlumatında deyilir.

FLEX proqramı yuxarı sinif şagirdləri üçün ilk uzun müddətli geniş proqramdır. Bu proqram keçmiş Sovet İttifaqı ölkələrinin xalqlarına Amerika xalqının dostluq əlini uzatmaq məqsədi ilə ABŞ Konqresi tərəfindən təsdiq edilib və yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla ilk geniş miqyaslı mübadilə proqramı kimi yaradılıb.

Mövcud olduğu 20 il ərzində FLEX proqramı 23.000 nəfərdən artıq yuxarı sinif şagirdlərinə təqaüd təqdim edib. 800 nəfərdən çox Azərbaycan şagirdi bu proqram vasitəsilə ABŞ-da təhsil alıb. Təqaüd əldə edən hər bir şagird bir il müddətində ABŞ-da ailədə yaşayır və orta məktəblərinin birində təhsil alır.

Fiziki cəhətdən məhdudiyyətləri olan şagirdlər də müsabiqədə iştirak etməyə dəvət olunur. Hər il təxminən 10-15 fiziki məhdudiyyətli yuxarı sinif şagirdi FLEX proqramın çərçivəsində ABŞ-da yaşayır və təhsil alır. Onlar da müsabiqəni ümumi əsaslarla keçirlər.

FLEX proqramın çərçivəsində yuxarı sinif şagirdlərinə təqdim olunan təqaüd aşağıdakıları təmin edir:

- Yaşayış yerindən ABŞ-a və geriyə pulsuz bilet;

- Şagirdlərə ictimai həyatda iştirak etməyə və şəxsi istifadə əşyalarını almağa imkan verən aylıq təqaüd;

- İştirakçının bir il ərzində onun üçün seçilmiş ailəsində yerləşdirilməsi;

- Orta məktəblərinə qəbul;

- Proqramdan əvvəl və sonra keçirilən hazırlıq dadaxil olmaqla, orientasiya (istiqamətləndirmə) proqramında iştirak;

- ABŞ-da müxtəlif tədbirlərin təşkili;

- ABŞ-a gəlməzdən əvvəl olan xəstəliklər və stomoloji yardım istisna edilməklə təbii siğorta.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG