Accessibility links

FLEX Proqramı onlayn sənəd qəbuluna başlayıb


FLEX Proqramı
FLEX Proqramı

FLEX Programının onlayn sənəd qəbulu prosesi başlanıb. Bu barədə ABŞ-ın Azərbaycandakə səfirliyi facebook səhifəsində məlumat yayıb.

FLEX Proqramı Azərbaycandan olan məktəb şagirdləri üçün ABŞ-da bir tədris ili müddətində amerikalı ailədə yaşamaq və Amerika orta məktəbində təhsil almaq imkanı verən təqaüdlər təqdim edir.

FLEX proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir.

FLEX Proqramının imtahanları bu il oktyabrın 22-də Bakıda Amerika Mərkəzində, oktyabrın 23-də Lənkəranda Luks Hoteldə, oktyabrın 29-da Şəkidə Sheki Palace Hoteldə , oktyabrın 30-daMingəçevirdə Kür hotelində keçiriləcək.

Şagirdlər üçün nəzərdə tutulan 2017-2018-ci il FLEX proqramının tələbləri ilə tanış olmaq üçün Beynəlxalq Təhsil üzrə Amerika Şurasının saytına daxil olun:
http://bit.ly/2cumI01

XS
SM
MD
LG