Accessibility links

Flinin vəkillər qrupu Ağ Evlə məlumat paylaşılmasını dayandırıb


Mayk Flinn - Keçmiş milli təhlükəsizlik müşaviri
Mayk Flinn - Keçmiş milli təhlükəsizlik müşaviri

Keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flini təmsil edən hüquqşunaslar qrupu bildirib ki, davam edən Rusiya araşdırması ilə bağlı məlumatlar Ağ Evlə paylaşılmayacaq.

“The New York Times” -da yayılan xəbərdə qeyd edilir ki, Ağ Evlə məlumat paylaşdırılması razılığının pozulması Maykl Flinin 2016-cı il ABŞ prezident seçkilərinə Rusiyanın müdaxiləsi istintaqınını araşdıran xüsusi müstəntiq Robert Müllerlə əməkdaşlıq etməsinə işarə ola bilər.

Flin Rusiyanın ABŞ-dakı səfiriylə görüşü barədə yalan məlumat verdiyi ortaya çıxdığı üçün bu ilin fevral ayında Tramp administirasiyasından istefa vermişdi.

Tramp seçki kampaniyasının əsas dəstəkçilərindən biri olan Flin Müller istintaqının da əhəmiyyətli fiqurlarındadır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG