Accessibility links

Florens qasırğası Atlantik okeanından ABŞ-a istiqamət alıb


Virciniya, Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib

Florens qasırğası güclü sürətlə Atlantik okeanının qərb hissəsindən ABŞ-ın şərq sahillərinə istiqamət alıb.

Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Bermuda və Bahama adaları arasından keçən qasırğa çərşənbə axşamı və çərşənbə günləri Amerikanın Şimali və Cənubi Karolina ştatlarına çatmalıdır.

Sahillərə çatdıqdan dərhal sonra qasırğanın təhlükəli tufana çevriləcəyi gözlənilir.

Bu gün 3-cü kateqoriyada qeydə alınan Florens 4-cü kateqoriyaya yüksələrək, saatda 185 kilometr sürətlə irəliləyir.

Virciniya, Şimali Karolina və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.

Nyu-Cersi ştatında sakinlərə xəbərdarlıq verilib. Bölgədə daşqınlar gözlənilir.

Florensdən dərhal sonra daha bir qasırğa İssakın Karib dənizinə doğru istiqamət alacağı proqnozlaşdırılıb. Florensdən daha kiçik və daha zəif olan bu qasırğanın Puerto Riko və Dominikan Respublikasına şənbə günü çatacağı gözlənilir.

3-cü Atlantik qasırğası Helenin isə quruya deyil, açıq sulara doğru irəliləyəcəyi bildirilir.

XS
SM
MD
LG