Accessibility links

Florida ştatının Ceksonvill şəhərində atışma


Florida ştatının Ceksonvill şəhərinin hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, silahlı şəxs şənbə günü şəhərdə keçirilən video oyunları tədbirində iki nəfəri öldürüb, doqquz nəfəri yaralayandan sonra özünü öldürüb.

Hücum şəhərin mərkəzi hissəsində çay kənarında Jacksonville Landing adlı popular əyləncə ərasizində yerləşən restoranda baş verib.

Ceksonvill şəhərinin şerifi Mayk Uilliams bildirib ki, atışma zamanı Madden NFL 19 Amerika futbolu video oyunu müsabiqəsinin keçirildiyi pizza restoranında çox sayda insan olub.

Uilliams deyib ki, müstəntiqlər hələ də hücumun səbəbini araşdırır.

Onun sözlərinə görə, rəsmilər hücum edən şəxsin Merilendin Baltimor ştatından 24 yaşlı Deyvid Katz olduğuna inanır.

Uilliams deyib ki, şübhəli şəxs eyni müsabiqə üçün Ceksonvilldə olub və onun qurbanları tanıyıb-tanımadığı bəlli deyil.

On bir nəfər hospitala aparılıb. Onlardan doqquzu güllə ilə yaralanıb, digər ikisi isə atışmadan qaçarkən xəsarət alıb.

Florida qubernatoru Rik Skot mer Lenni Körri və Ceksonvillin digər rəsmilərinə deyib ki, ştat onlara ehtiyacları olan dəstəyi verməyə hazırdır. O həmçinin deyib ki, prezident Donald Tramp zəng edərək federal yardım da təklif edib.

Tramp hücumla bağlı ictimai bəyanat verməyib. Mətbuat katibi Sara Hakabi Sanders deyib ki, Ağ Ev məsələni yaxından izləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG