Accessibility links

Florida ştatında çökən binanın dağılmayan hissəsi partladılıb


Söküntü üzrə mütəxəssislər Sörfsayd ərazisində çökmüş binanın digər hissəsini də nəzarətli partlatma ilə sökdürülüb. Havanın qeyri-sabit olması və yaxınlaşmaqda olan tropik fırtına səbəbi ilə dağıntı işlərini tezləşdirib.

Bazar günü gecə 22:30-da partladıcının işə salınması ilə binanın bütov qalmış hissəsi saniyələr ərzində dağılıb.

Mayami-Dade bölgəsinin Bələdiyyə Başçısı Daniella Levin Associated Press agetliyinə partlayışın gözlənildiyi kimi baş tutduğunu bildirib. O həmçinin şənbə günü dayandırılan axtarış-xilasetmə işlərinin bərpası üçün ərazinin təmizləndiyini deyib.

"Mən indi bir rahatlıq hiss edirəm. Çünki bina qeyri-sabit idi. Bina axtarış işlərinə mane olurdu" - deyə, Daniella Levin bildirib.

Partlayışdan əvvəl yerli rəsmilər ətraf ərazilərdəki bina sakinlərinə evdə qalmaları və pəncərələrini bağlı saxlamaları barədə xəbərdarlıq edib.

Partyışdan sonra dağıntının əvvəlki dağıntının üzərinə tökülməməsi üçün mütəxəssislər əlavə səylər göstərib.

Xatırladaq ki, Mayaminin şimalında Sörfsayd şəhərində yerləşən bu yaşayış binasının bir hissəsi iyunun 24-də çöküb. Hazırda olan ən son məlumatlara əsasən, hadisə nəticəsində ölənlərin sayı 27 nəfərdir. 118 nəfər isə itkin sayılır.

Rəsmilər hazırda tropik Elza qasırğasının trayektoriyasını izləyir.

ABŞ-ın Milli Qasırğa Mərkəzindən sinoptiklər qasırğanın çərşənbə axşamı və çərşənbə günü Florida ştatının qərb sahillərindən və ya üzərindən keçməsinin gözlədiyini xəbər verir.

Baxmayaraq ki, Sörfsayd birbaşa fırtınanın təsirinə məruz qalmayacaq, lakin sinoptiklər bölgədə küləyin sürətinin saatda ən azı 65 kilometrə çatacağını bildirir.

XS
SM
MD
LG