Accessibility links

Florida ştatında silahlı şəxs, ana və 3 aylıq körpəsi də daxil olmaqla, 4 nəfəri qətlə yetirib


Florida polisinin bildirdiyinə görə, bazar günü səhər saatlarında polisin keçmiş dəniz piyadası ilə baş verən kütləvi atışma nəticəsində ana və qucağındakı körpəsi də daxil olmaqla, 4 nəfər ölüb. Şübhəli şəxs saxlanandan sonra xəstəxanaya aparılarkən polisin silahını almağa çalışıb.

Polk mahalının polis rəisi Qradi Cadd 33 yaşılı Brayan Raylinin psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini və həftələrdir vəziyyətinin yavaş-yavaş pisləşdiyini bildirib. Caddın dediyinə görə, Brayan Rayli son həftələrdə dəfələrlə sevgilisinə Allahla birbaşa təmas qura bildiyini deyib.

Polis rəisi Leyklanddə bir evin qarşısında polislə şübhəli şəxs arasında aparılan atışmadan sonra bir neçə dəfə güllələnən 11 yaşında bir qız uşağının sağ, bundan əlavə isə dörd nəfərin ölü tapıldığını bildirib. Qurbanların 3 aylıq körpə, onu qucağında tutan 33 yaşlı ana, yaxınlıqdakı evdə yaşayan 62 yaşlı nənə, eləcə də 40 yaşlı bir kişinin olduğu bildirilib.

Bazar günü keçirilən mətbuat konfransında Cadd həm İraqda, həm də Əfqanıstanda hərbi qulluqda snayper olan Raylinin ailəni təsadüfən hədəf aldığının güman edildiyini bildirib.

Bundan əvvəl heç bir cinayət tarixçəsi olmayan Rayli hüquq-mühafizə orqanlarının əməkdaşlarına metamfetamin qəbul etdiyini deyib.

Rəsmilər onun avtomobilində silahlı atışma üçün materiallar və qanamanın qarşısının alınması üçün tibbi ləvazimatla dolu olduğunu bildirib.

XS
SM
MD
LG