Accessibility links

Floridada hücum həyata keçirən şəxs məhkəməyə çıxarılacaq


ABŞ rəsmiləri cümə günü Florida hava limanında ölümlə nəticələnən atışmanı həyata keçirən şəxsin məqsədini müəyyən etməyə çalışırlar.

Qohumları şübhəli Esteban Santiaqonun ABŞ-ın İraqda apardığı müharibədə 11 aylıq iştirakından sonra travma alması nəticəsində əqli problemlərinin yarandığını iddia edirlər.

Şənbə günü 26 yaşlı Santiaqoya beynəlxalq hava limanına ölümlə nəticələnən atışma həyata keçirmək ittihamı irəli sürülüb.

Bazar günü ailənin evinin önündə müxbirlərin suallarını cavablandıran Brayan Santiaqo qardaşının ötən ilin sonu Alaskanın Ankoric şəhərində Federal Təhqiqatlar Bürosunun (FBI) binasına əsəbi vəziyyətdə daxil olandan sonra psixoloji dəstək tələb etdiyini bildirib. Orada o, bir-biri ilə əlaqəsi olmayan açıqlamalar verib və FBI agentlərinə ona İŞİD terror qrupuna qoşulmağı söyləyən səslər eşitdiyini deyib.

Santiaqonun əqli sağlamlığı yoxlanılıb, amma rəsmilər heç bir problem aşkar etməyiblər.

FBI rəsmiləri hadisənin terrorla əlaqəsinin olduğunu istisna etməyiblər və Fort Lauderdale Beynəlxalq Hava Limanının baqaj alınma hissəsində atışmaya nəyin səbəb olduğunu bilmədiklərini deyirlər.

Şənbə günü keçirilən mətbuat konfransında rəsmilər Santiqanonun hücumu həyata keçirmək üçün qəsdən Fort Lauderdale Hava Limanına səfər etdiyini, amma nə üçün məhz Florida ştatınının bu turist şəhərino seçdiyini bilmədiklərini deyiblər.

Santiaqo bazar ertəsi ilk məhkəməsinə çıxacaq. Əgər məhkum olunsa, ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG