Accessibility links

Floridada çökən binada ölənlərin sayı 32-ə yüksəlib


Ən son məlumatlara əsasən, Florida ştatında çökən binada həyatını itirənlərin sayı 32-ə yüksəlib. İtkin düşənlər isə 113 nəfərdir.

Xilasetmə qrupları hələ də 12 mərtəbəli binanın dağıntıları altındakı axtarış işlərini davam etdirir.

Bina 24 iyun tarixində qəfildən çöküb. Ötən bazar günü isə sağ qalan hissəsi də axtarış işlərinə təhlükə törətdiyi üçün 58 kiloqram dinamitlə partladılıb. Rəsmilər güclü küləklə müşayiət olunan fırtınanın axtarış işlərinə mane törətmsindən narahatdır.

Sörfsaydakı dağıntı yerindən təxminən 2,5 milyon kiloqram ağırlığında tullantı çıxarılıb. Rəsmilər hələ də sağ qalanları axtarmağa davam etdiklərini desələr də, hadisənin baş verdiyi gecə yarısı ilk saatlardan sonra tapılanların heç biri həyatda olmayıb.

"Biz bilirik ki, ötən hər gün bir möcüzənin baş verəcəyini görmək daha da çətinləşir" - deyə, Mayami-Dade bölgəsinin Yanğından Xilasetmə İdarəsinin yanğınsöndürən və feldşeri Maqqie Kastro bildirib.

Digər tərəfdən Mayami-Dade Yanğından Xilasetmə İdarəsinin rəisi Alan Kominski bazar ertəsi jurnalistlərə verdiyi açıqlamasında axtarış-xilasetmə qruplarının "tam sürətlə hərəkət etdiyini" və binanın qalan hissəsi partladıldıqdan sonra dağıntı yığınının bütün hissələrinə çatmağı bacardıqlarını bildirib.

Lakin Kominski əlavə edib ki, tropik Elza qasırğasının yaxınlaşması səbəbindən ildırım və küləkli hava şəraiti axtarış işlərinə çətinlik törədə bilər.

Çərşənbə axşamı ildırım səbəbi ilə axtarış iki saatlıq təxirə salınıb.

Milli Hava Xidmətinin bildirdiyinə görə, çərşənbə axşamı günortadan sonra bəzi yerlərdə şiddətli yağış və güclü küləklərlə müşayiət olunan qasırğanın şimala irəliləməsindən sonra bölgədə hava sabitləşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG