Accessibility links

Floridada çökən binada ölənlərin sayı 86-ya çatıb


Xilasedicilər şənbə günü Floridanın Sörfsayda şəhərində çökən binanın dağıntıları altında daha yeddi nəfərin cəsədini çıxarıblar. Mayami-Deyd Mahalının meri Daniella Levin-Kavanın dediyinə görə, bununla da ölənlərin sayı 86-a çatıb.

12 mərtəbəli Champlain Towers binasının 24 iyunda çökməsindən iki həftə sonra sağ qalanların axtarışı rəsmi olaraq çərşənbə gecə başa çatdı.

Şənbə günü səhər Levin Kava mətbuat konfransında deyib ki, 43 nəfər hələ də itkindir, 62 nəfərin kimliyi isə artıq müəyyən edilib.

Binanın çökməsindən 12 saat sonra dağıntılar altından sağ çıxarılan olmayıb.

Hazırda binanın çökməsi ilə bağlı münsiflər məhkəməsi istintaq aparır, altı ailə ayrı-ayrı məhkəmə iddiaları qaldırıb.

Sörfsaydın yerləşdiyi mahalı təmsil edən ABŞ Nümayəndələr Palatasının üzvü Vasserman Şultz və Florida ştatının qubernatoru Ron DeSantis zərərçəkənlərə maddi yardım vəd ediblər.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG