Accessibility links

Floridada silahlı atışma - 2 ölü, 5 yaralı


Cümə günü silahlı şəxs Florida ştatının paytaxtında yerləşən yoqa studiyasında iki nəfəri öldürüb, beş nəfəri yaralayandan sonra özünü də öldürüb.

Ölənlər arasında Florida Ştat Universitetinin bir tələbəsi və müəllimi olub, universitet rəsmiləri bildirib.

Tallahassi polis idarəsinin rəisi Maykl DeLeo müxbirlərə bildirib ki, silahlı şəxs studiaya daxil olandan sonra altı nəfəri güllələyib, bir nəfəri isə tapanca ilə döyüb.

Floridada yoma studiyasında silahlı atışma
Floridada yoma studiyasında silahlı atışma

Daha sonra şübhəli şəxs özünü öldürüb.

Şənbə günü səhər Tallahassi polis idarəsi hücum edən şəxsin 40 yaşlı Skot Pol Beirli olduğunu bildirib.

Polis idarəsi həmçinin ölənlərin 61 yaşlı Dr. Nensi Van Vessem və 21 yaşlı Maura Binkli olduğunu müəyyən edib.

Tallahassee Democrat qəzetinin məlumatına görə, Van Vessem Capital Health Plan-ın baş tibbi direktoru olub.

Qəzet həmçinin bildirib ki, Florida Ştat Universitetinin prezidenti Con Traşer Van Vessem və Binklinin universitetlə əlaqələrinin olduğunu söyləyib.

Polis idarəsinin rəisi DeLio deyib ki, silahlı şəxs tək başına hərəkət edib və hüquq-mühafizə orqanları mümkün motivləri araşdırır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG