Accessibility links

Floridada bərpa işlərinin uzun illər çəkəcəyi gözlənilir


Floridada bərpa işlərinin uzun illər çəkəcəyi gözlənilir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Floridanın sahilyanı Panama Siti və Meksiko Biç şəhərlərinin sakinləri Maykl qasırğasının dağıtdığı və ya ziyan vurduğu evlərində qalan əşyaları qurtarmağa çalışır. Qasırğa nəticəsində 19 nəfər həyatını itirib.

Meksiko Biçdə şəhər tarixində ən güclü qasırğa baş verib. Sahilyanı şəhərin bəzi hissələri yerlə yeksan olub. Evlərinin vəziyyətini yoxlamağa gələn sakinlər sınmış ağaclar, elektrik dirəkləri və dağıntılar arasında addımlayır. Yerli polis və federal fövqəladə xidmətinin işçiləri isə onlara yardım edir.

İnsanlar içməli suya diqqət yetirməlidirlər, çünki sular çirklənib. Yəni kanalizasiya sistemi və su təchizatı sistemi düzələnədək bir müddət gigiyena və ictimai sağlamlıq problemləri olacaq
Stüart Morgensteyn

Xilasedicilər hələ də sağ qalanları axtarır.

“Bizim dörd itimiz var. Biz həmçinin xilasedicilərin dağıntılar arasında tapdığı qurbanları qəbul etməyə hazır olmalıyıq” – deyə, tibbi menecer Patrişia Katvell söyləyir.

Meksiko Biç polis idarəsinin rəsisi Antoni Kelli deyir ki, zabitlər sakinlərin çoxunu şəxsən tanıyır.

“Bizim şəhər kiçik olduğuna görə, bu məsələ zabitlər üçün emosionaldır”, o deyir.

Onun sözlərinə görə, onun işçi heyəti və digər fövqəladə xidmətlərinin işçiləri yardım etmək üçün uzun yol qət edib.

“Burada bir yanğınsöndürən var idi. O Meksiko Biçə yardım etmək üçün 10-12 mil yol gəlmişdi. Bəzi digər zabitlər də qasırğadan dərhal sonra bura gəlib, icmaya yardım etməyə çalışdı”, Kelli söyləyir.

Hazırda ən önəmli məsələ təmiz su çatışmazlığı və kanalizasiya sisteminin xarab olmasıdır.

“İnsanlar içməli suya diqqət yetirməlidirlər, çünki sular çirklənib. Yəni kanalizasiya sistemi və su təchizatı sistemi düzələnədək bir müddət gigiyena və ictimai sağlamlıq problemləri olacaq” – deyə, tibb işçisi Stüart Morgensteyn bildirib.

Bu isə bir az zaman tələb edir. Floridada daha öncə də qasırğalara məruz qalan insanlar deyir ki, dağılan icmaların bərpası illər boyu sürür.

Meksiko Biç
Meksiko Biç

“Mən Floridanın cənubunda Endrü qasırğasının şahidi olmuş biri olaraq deyə bilərəm ki, bərpa işləri uzun zaman alacaq. Belə görünür ki, bərpa işlərinə başlamaq belə çətin olacaq. Hər gün yeni iş görüləcək, amma əvvəlki vəziyyətə dönmək illər aparacaq” – Kantvell bildirir.

1992-ci ildə Endrü qasırğası o zamanadək Floridada baş verən ən dağıdıcı qasırğa idi. Ondan 25 il sonra isə İrma qasırğası daha məhvedici oldu. Maykl isə Birləşmiş Ştatların qitə ərazisində baş verən üçüncü ən güclü qasırğadır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG