Accessibility links

Floridada bir gündə rekord 15 000-dən çox yoluxma


ABŞ-ın Florida ştatı bazar günü COVİD-19-a rekord 15000-dən çox yeni yoluxma halının qeyd edildiyini bildirib. Bu, ştatda bir gün ərzində yoluxmalarda artımla bağlı əvvəlki rekord rəqəmlərdən daha yüksək rəqəmdir. Floridada çərşənbə günü rekord 11694 yeni yoluxma halı qeydə alınmışdı.

Florida ştatında yoluxma hallarının ümumi sayı təxminən 270000-dir, ölənlərin sayı isə 4346 nəfərdir. Ştatda son həftələr səhiyyə ekspertlərinin izdihamlı toplaşmalara icazə verilməməsi haqda tövsiyələrinə baxmayaraq, Disney parkının maskalı qonaqla üçün açılması da daxil olmaqla bir sıra məhdudiyyətləri yüngülləşdirib.

Amerika Birləşmiş Ştatlarında koronavirusa yoluxanların sayı dünya boyu infeksiyalarının təqribən dörddə üç hissəsini təşkil edərək, 3.2 milyondan çoxdur. COVİD-19 nəticəsində ölənlərin sayı isə 134000-dən artıqdır.

Cons Hopkins Unversitetinin verdiyi məlumata görə, dünyada COVİD-19-a yoluxma hallarının sayı 12.7 milyondan çoxdur, koronavirus nəticəsində ölüm hallarının sayı isə yarım milyondan artıqdır.

ABŞ-da rekord yeni 66528 yoluxma halının qeydə alındığı şənbə günü prezident Donald Tramp ilk dəfə olaraq maska taxaraq Vaşinqton ətrafında yerləşən Walter Reed hərbi hospitalı ziyarət edib. Amerika hərbçiləri və hospitalın tibbi heyəti ilə bir saata yaxın görüşən prezident ilk dəfə olaraq maska taxıb.

XS
SM
MD
LG