Accessibility links

Floridada uçan binada ölənlərin sayı 22-ə çatıb


Ötən həftə Floridanın Sörfsayd şəhərində yaşayış binasının bir hissəsinin çöknəsi nəticəsində ölənlərin sayı cümə günü 22-ə çatıb. Rəsmiləri yaxındakı binanın da təhlükəli olması səbəbilə sakinlərin evakuasiyasına göstəriş verib.

Şimali Mayami Biç şəhəri yaxınlıqdakı Crestview Towers binasının da strukturunun və elektrik xəttlərinin təhlükəli olduğunu bildirib.

“Ehtiyatlı olmaq səbəbilə şəhər binanın dərhal bağlanmasına və sakinlərin təhlükəsizlik üçün evakusiya olunmasına göstəriş verib. Bu arada isə binanın quruluşu ilə bağlı qiymətləndirmə davam edir, növbəti addımlar da nəzərdən keçirilir,” şəhər meneceri Artur Sorey bəyanatda bildirib.

Binanın qiymətləndirilməsi Mayami Deyd mahalının merinin 40-dan çox yaşı olan binaların auditi ilə bağlı tövsiyyəsi çərçivəsində aparılır. Mer bu tövsiyyəni ötən həftə Champlain Towers South binasının bir hissəsinin çökməsinin ardınca irəli sürüb.

Axtarış və xilasetmə işçiləri cümə günü dağıntıların altından daha dörd nəfərin cəsədini çıxarıblar.

Rəsmiləri Sörfsaydda keçirilən mətbuat brifinqində deyiblər ki, cəsədlərdən biri yaxınlıqdakı Mayami şəhərinin yanğınsöndürənin 7 yaşlı qızına aiddir.

Axtarış cümə axşamının böyük bir hissəsində təhlükəsizliklə bağlı narahatlıqlar və Elsa qasırğasının yaratdığı təhlükələr səbəbilə dayandırılmışdı, lakin cümə günü yenidən davam etdirilib. Elsa qasırğasının bir neçə gün içincə Floridanı vuracağı gözlənilir.

Rəsmilər cümə günü deyib ki, 128 nəfər hələ də itkindir. Bu isə bir gün öncə ilə müqayisədə 17 nəfər daha azdır. Mayami-Deydin meri Daniella Levin Kava müxbirlərə bildirib ki, bu rəqəmlər dəyişir, çünki təhqiqatçılar bəzən itkin olan sakinlərin sağ olub-olmadığını müəyyən etməyə çalışırkan daha çox ailə üzvlərinin adını açıqlayırlar.

Rəsmilər deyir ki, onlar dəniz kənarında yerləşən və quruluşunda böyük problemlərin olduğu binanı sabit olmaması səbəbilə dağıtmağı planlaşdırırdılar. Elə bu səbəblə də sağ qalanların axtarışı bir neçə müddət dayandırılmışdı.

ABŞ Prezidenti Co Bayden Mayami Biçdə bir oteldə 200-ə yaxın ailə üzvü ilə söhbətləşib. Daha sonra o və birinci xanım Cill Bayden masa-masa dolaşaraq, onlarla daha kiçik qruplarda söhbət ediblər. Ağ Evin məlumatına görə, Baydenlərə ştatın iki ABŞ senatoru, qubernator Ron DeSantis və digər Florida siyasətçiləri qatılıb.

Təxminən 6000 sakinin yaşadığı okean sahilindəki icmada faciənin baş verdiyi yerə yaxın memorialı ziyarət etmədən əvvəl Bayden Federal Təcili Yardım İdarəsinin fəlakət nəticəsində evsiz qalanlara müvəqqəti mənzillə və digər təcili ehtiyaclarını təmin edəcəyini açıqlayıb.

XS
SM
MD
LG