ABŞ-da Corc Floydun ölümünə dünya qəzəbli reaksiyalar verir.
Avropa İttifaqının diplomatları blokun "şokda" olduğunu bildirib.
Avstraliyanın böyük şəhərlərində minlərlə insanın iştirakı ilə aksiyalar keçirilib.
Fransada və Niderlandda nümayişlər planlaşdırılır.
Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Cozep Borrel Brüsseldə bildirib ki, Floydun ölümü hakimiyyətdən sui-istifadənin nəticəsidir.
Müxbirlərlə danışan Borrel avropalıların dinc nümayişləri dəsəklədiyini, lakin irqçiliklə bağlı hər bir zokalığı qınadığını deyib.
Dünya xalqları Amerika nümayişlərinə həmrəylik nümayiş etdirir.
Çərşənbə axşamı günü Sidneydə minlərlə insan yürüşə çıxıb. Nümayişçilər Floyd və 2015-ci ildə Sidney həbsxanasında 5 mühafizəçi tərəfindən boğulan 26 yaşlı aborigen Devid Dunqayın son "nəfəs ala bilmirəm" sözlərini şüar kimi səsləndirib.
Etirazçılar “qaradərililərin həyatı mühümdür”,“aborigenlərin həyatı mühümdür” “ağların susması zorakılıqdır” kimi şüarlar səsləndirib.
3 min aksiyaçının iştirakı ilə piketlər Hayd parkı, Yeni Cənubi Uelsin parlamenti və ABŞ konsulluğu qarşısında təşkil edilib.
2 minə yaxın nümayişçi Avstraliyanın Pert liman şəhərində toplaşıb.
Keniyanın müxalifət lideri və sabiq baş naziri Prinister Raila Odinqa "Amerikanı vətəni adlandıran bütün insanlar üçün ədalət və azadlıq olmalıdır" - deyərək, dua edib.
Cənubi Afrika Respublikasının maliyyə naziri Tito Mbiveni bir neçə il öncə qaradərililərin öldürülməsinə etiraz olaraq Amerika səfirliyi qarşısında keçirilən kiçik bir piketi yada salaraq, o zamankı səfir Patrik Qaspardın dediyi "gördükləriniz heç nədir, əsl durum daha ağırdır" sözlərini bir daha təkrar edib.
Bazar ertəsi Britaniya, Braziliya, Kanada və digər şəhərlərdə də dəstək aksiyaları keçirilib.
Londonun mərkəzində minlərlə insan ABŞ-da polis tərəfindən saxlanılarkən həyatını itirən Floydun ölümünə etirazını bildirən amerikalıları dəstəkləyib.
Danimarkada ABŞ səfirliyi qarşısında yürüş keçirilib. Nümayişçilər "qaradərililərin öldürülməsinə son qoyulsun", Almaniyada isə "polislər cavabdeh olmalıdır" və "polis öldürdükdə kimə zəng etməli?" kimi şüarlar səsləndirilib.