Accessibility links

Fələstinin Həmas qrupunun silahlı cinahı İsraillə sülh danışıqlarını rədd edir


Fələstinin Həmas qrupunun silahlı cinahı İsraillə sülh danışıqlarını rədd edir
Fələstinin Həmas qrupunun silahlı cinahı İsraillə sülh danışıqlarını rədd edir

Fələstinin Həmas qrupunun silahlı cinahı İsraillə sülh danışıqlarını rədd edərək, İsrailə qarşı hücumların davam etdiriləcəyinə vəd veriblər. Qrupun sözcüsü 13 yaralı qruplaşmasının bir araya gələrək, qüvvələrini səfərbər edib, kamikadze hücumları da daxil edilməklə İsrailə qarşı hücumların artırılacağını bildiri

Fələstinin Həmas qrupunun silahlı cinahı İsraillə sülh danışıqlarını rədd edərək, İsrailə qarşı hücumların davam etdiriləcəyinə vəd veriblər. Qrupun sözcüsü 13 yaralı qruplaşmasının bir araya gələrək, qüvvələrini səfərbər edib, kamikadze hücumları da daxil edilməklə İsrailə qarşı hücumların artırılacağını bildirib. Həmasın bu qanadı bu həftə İordan çayının qərb sahilində yəhudilərə qarşı iki hücumun məsuliyyətini üzərinə götürüb. Dünən Vaşinqtonda İsrail və Fələstin liderləri arasında son iki ildə ilk birbaşa sülh danışıqları keçirilib. İsralin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbas cari ayın sonunda danışıqların ikinci raundunun keçirilməsi barədə razılığa gəlib. Yaxın Şərqin hər iki lideri sülh səylərinin davam etdiriləcəyinə vəd versələr də, prezident Obama sülhün dərhal əldə ediləcəyinə ehtiyatla yanaşır.

XS
SM
MD
LG