Accessibility links

Fələstinlilər sülh danışıqlarını tərk etməklə hədələyirlər


Fələstinli rəsmilər bildirirlər ki, əgər İsrail yəhudi yaşayış məndəqələrinin inşasını davam etdirsə, onlar danışıqlar masasını tərk edəcəklər. Fələstin nümayəndə heyətinin sədri Saeb Erekat deyib ki, sülh danışıqlarının gələcəyi İsrailin yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmasından asılıdır. İsrail zəbt olunmuş ərazilərdə inşaatı sentyabrın 26-na qədər dayandırıb. Baş nazir Benyamin Netanyahu deyib ki, danışıqların başlaması üçün qabaqcadan heç bir ilkin şərt irəli sürülməməlidir. Hər iki tərəf Birləşmiş Ştatların dəvətilə sentyabrln əvvəllərində Vaşinqtonda birbaşa danışıqların başlanmasını dəstəkləyir. Birləşmiş Ştatlar rəsmiləri bildirilər ki, danışıqların əsas məqsədi Fələstin dövlətinin təşkili məsələsidir. Tərəflər arasında danışıqların bir ilə başa çatacağıma ümid bəslənilir.

XS
SM
MD
LG