Accessibility links

Fənərbaxça azarkeşləri ilə polis arasında insident yaşanıb


Fənərbaxça azarkeşləri ilə polis arasında insident yaşanıb
Fənərbaxça azarkeşləri ilə polis arasında insident yaşanıb

Türkiyədə məhkəmə futbol üzrə son ölkə çempionu Fənərbaxça klubunun prezidenti barədə həbs qətimkan tədbiri seçəndən sonra klub azarkeşləri ilə polis arasında qarşıdurma yaşanıb.

Oyunların alınmasında ittiham olunan Əziz Yıldırım istintaq müddətində təcridxanada qalacaq. Təhqiqat klubun son titulunun əlindən alınması ilə də nəticələnə bilər.

Bazar günü keçirilən məhkəmənin qərarını gözləmək üçün Fənərbaxçanın çoxsaylı azarkeşi Beşiktaş məhkəmə binasının qarşısına toplaşıb. Qəzəblənmiş futbol fanatları polislərə və jurnalistlərə daş atıblar. İttiham təsdiq olunacağı təqdirdə Fənərbaxçanın gözləyən sanksiyalar arasında son titullarının əlindən alınması, beynəlxalq çempionatlardan xaric olunma, aşağı divizionda iştirak və milyonlarla dollar cərimə var. Oyunların alınmasındə əli olan hər bir kəsi uzunmüddətli həbs cəzaları da gözləyə bilər.

Fənərbaxçanın güclü fanatı və klub konqresinin üzvü olan ölkə baş naziri Rəcəb Tayyip Ərdoğan geniş təhqiqat aparılmasına çağıraraq belə bir hadisənin Türkiyənin imicinə mənfi təsir göstərdiyini bildirib.

XS
SM
MD
LG