Accessibility links

Tibbi araşdırmalarda kompyuter oyunlarından istifadə edilir


Tibbi araşdırmalarda kompyuter oyunlarından istifadə edilir
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Vaşinqton Universitetinin tibb üzrə tədqiqatçıları geymerləri gələcəyin dərmanlarının hazırlanmasına yardım etməyə çağırır. Geymerlər unikal "Fold-it" adlı oyunun köməyi ilə yeni zülallar yaradılması üçün bir-birlərilə rərabət aparır. Bu züləllardan bəziləri günlərin birində həyatları xilas edə bilər.

Bu oyunu Vaşinqton Univertsitetinin tibbi mütəxəssisləri yaradıb. Oyunun adı "Fold it"dir və bu, 3D mürəkkəb pazl oyununa bəznzəyir. Əslində bu belədir. Vaşinqton Universitetindən Brayan Koepnik: “"Fold it" pulsuz online kompyuter oyunudur və bunu hər kəs oynaya bilər. Biz oyunçulara burada institutda istifadə etdiyimiz ən müasir softveyrlər vasitəsilə sıfırdan yeni proteinlər dizayn etmək kimi mürəkkəb tapşırıq veririk."

Zülallar insan orqanızmində əsas funksiyaların yerinə yetirilməsində böyük rol oynayan amino-turşulardır. “Zülallar qeyri-adi molekullardır. Onlar çox dəqiq bir şəkildə formalaşır və mürəkkəb funksiyaları yerinə yetirir. Təbii zülallar milyonlarla illər inkişaf edir. Lakin zülallar düzgün formalaşmadığı təqdirdə allergiyadan tutmuş fibroz kistası və beyin və onurğaya təsir edən müxtəlif xəstəliklərə səbəb olur” - deyə, Brayan Koepnik bildirir.

Beləliklə, bu kimi xəstəliklərlə mübarizə aparmaq üçün Vaşinqton Universitetinin Brian Koepnik kimi tədqiqatçıları zülalların necə formalaşmalı olduğunu anlamağa çalışır. “Zülalların quruluşu olduqca mürəkkəbdir. Zülalların dizaynı üçün çox imkanlar mövcuddur və alqoritmlərimiz onların çox kiçik bir hissəsini araşdıra bilir."

Məhz burada “Fold.it” lazım olur. Oyun iştirakçılarından zülalların düzgün funksiya göstərməsi üçün necə düzgün cütləşdirilməsi istənilir. Bu proses nə qədər düzgün aparılsa, daha yüksək xal qazanılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG