Accessibility links

Forbes dünyanın 100 ən nüfuzlu qadının adını açıqladı


Amerika jurnalı Forbes dünyanın ən nüfuzlu 100 qadınının adını açıqladı. 8 il ardıcıl çəkildə Almaniya kansleri Anqela Merkel bu siyahıya başçılıq edir.

Reytinqdə üçüncü yerin sahibi isə dəyişərək Melinda Qeytsin yerinə indi burada Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard olub. Microsoft şirkətinin təsisçisinin həyat yoldaşı və Gates Foundation xeyriyyə fondunun həmsədri Melinda Qeyts 6-cı pillədədir. Forbes bu dəyişikliyi Beynəlxalq Valyuta Fondunun nüfuzunun artması ilə əsaslandırıb.

İlk ikilik keçənilki kimi qalıb. Birinici yerdə Almaniya kansleri Anqela Merkel, ikinci yerdə isə Böyük Britaniyanın baş naziri Tereza Meydir. Reytinqin tərtibçiləri deyir ki, Mey Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı ardıcıl danışıqlar mövqeyinə görə ikinci yeri qoruyub saxlayıb.

Forbes-un tərtib etdiyi siyahida ilk 20-likdə əsasən böyük biznes rəhbərləri yer alıb. Onların arasında Amerika avtomobil istehsalçısı General Motors-un direktoru Meri Barra (4-cü yer), Youtube-un baş icraçı direktoru Süzen Voyçitski (7-ci yer) və Santander maliyyə-kredit qrupunun direktorlar şurasının sədri Ana Botin (8-ci yer) var.

Nüfuzlu qadınlar siyahısının yarıdan çoxunu amerikalı qadınlar təşkil edir. Siyahıda Asiyadan 22, Avropadan Rusiya və Türkiyə daxil olmaqla, 24 xanım var. Nüfuzlu Qadınlar siyahısına həmçinin Yaxın Şərqdən 3 və Afrikadan 1 qadın salınıb.

XS
SM
MD
LG